Ermənistanın Baş naziri Nikol Paşinyan mayın 9-da Moskvada sülh müqaviləsinin imzalana biləcəyi ilə bağlı yayılan xəbərləri şərh etməkdən imtina edib.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, məlumatı Ermənistan mediası yayıb.
Paşinyan ona ünvanlanan suala “şərh verməyəcəyəm”, – deyə cavab verib.
O, həmçinin Böyük Vətən Müharibəsində qələbənin 80 illiyi ilə bağlı tədbirlərdə şəxsən iştirak edib-etməyəcəyi barədə də məlumat verməyib.













