Papa Fransiskin dəfnində iştirak etmək üçün hazırda Vatikanda səfərdə olan ABŞ Prezidenti Donald Tramp və Ukrayna Prezidenti Volodimir Zelenski arasında görüş baş tutub.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna prezidentinin köməkçisi Sergey Nikiforov jurnalistlərə açıqlamasında bildirib.
Məlumata görə, liderlər dəfn mərasimi başa çatdıqdan sonra bir araya gələrək müzakirə aparmaq barədə razılaşıblar.
Qeyd edək ki, bundan öncə Ukrayna ABŞ-ın Krımın Rusiyanın tərkib hissəsi kimi tanınması ilə bağlı təklifini rədd edib.
Əliyar Xəlil
Globalinfo.az