Roma Papası dəfn edildi – VİDEO

Roma Papası dəfn edildi - VİDEO

 

Roma Papası Fransisk Vatikanda Müqəddəs Məryəm Major Bazilikasında dəfn edilib.

Globalinfo.az xəbər verir ki, onunla rəsmi vida mərasimi İtaliyanın paytaxtı Romada Müqəddəs Pyotr Bazilikasında keçirilmişdi.

***15:16

Vatikanda Papa Fransisklə vida mərasimi başa çatıb.

Bildirilir ki, tədbiri 250 min nəfər canı olaraq izləyib.

***11:57

Vatikanda Roma Papası Fransiskin dəfn mərasimi keçirilir.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vatikan məlumat yayıb.

Mərasimə dövlət və hökumət başçıları, ruhanilər və dünyanın müxtəlif yerlərindən gəlmiş qonaqlar qatılıb.

Mərasimdə ümumilikdə təxminən 140 min insanın iştirak etdiyi bildirilir.

Qeyd edək ki, mərasim Vatikanın Müqəddəs Pyotr meydanında təşkil edilib və xüsusi təhlükəsizlik tədbirləri görülüb.

Xatırladaq ki, Papa Fransisk aprelin 21-də, 88 yaşında, uzun sürən xəstəlikdən sonra vəfat edib.

O, 2013-cü ildən bəri Roma Papası vəzifəsini icra edirdi və katolik dünyasının ilk Latın Amerikalı papası kimi tarixə düşmüşdü.

Video “Qafqazinfo”ya məxsusdur

Roma Papası dəfn edildi - VİDEO
Roma Papası dəfn edildi - VİDEO

Roma Papası dəfn edildi - VİDEO Roma Papasının dəfn mərasimi keçirilir Roma Papası dəfn edildi - VİDEO

***09:17

Bu gün İtaliyanın paytaxtında Papa Fransisklə vidalaşma mərasimi keçiriləcək.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, bu səhər Vatikandakı Müqəddəs Pyotr meydanı yenidən ziyarətçilər üçün açılıb – məhz burada bir neçə dildə ayin keçiriləcək. Kilsə xidmətini yerli vaxtla saat 9:00-da kardinallar kollegiyasının dekanı Covanni Battista Re başlayacaq.

Roma Papası dəfn edildi - VİDEO

Mərasimdə bir çox ölkələrin liderlərinin iştirakı gözlənilir. Bir saat yarım davam edəcək ayindən sonra pontifikin cəsədi olan tabut Müqəddəs Pyotr kilsəsinə gətiriləcək, oradan da matəm qəfiləsi başlayacaq.

Roma Papası dəfn edildi - VİDEO

Dəfn yerinə gedən marşrut Romanın mərkəzindən keçəcək. Qəfilə Venesiya meydanı, Roma Forumu və Kolizeyin yanından keçəcək və günorta vaxtı Santa-Maria-Maggiore kilsəsinə çatacaq. Dəfn mərasiminin özü ictimaiyyətin iştirakı olmadan keçiriləcək. Mərasimi küçədən və şəhərdə quraşdırılmış böyük ekranlardan izləmək mümkün olacaq.