“Rusiya yeni nüvə doktrinasının bəndlərinə görə, Qərb ölkələrinin təcavüzü halında nüvə silahından istifadə edə bilər”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
O, Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqunun bəyanatını belə şərh edib.
“Həqiqətən, bizim doktrinamızda nüvə silahı ilə bağlı hər şey yazılıb. Deyilənlər doğrudur”, – o bildirib.
Qeyd edək ki, 2023-cü ildə Rusiya Prezidenti Vladimir Putin Nüvə Sınaqlarının Hərtərəfli Qadağası Müqaviləsinin ratifikasiyasının ləğvi haqqında qanun imzalayıb.
Əliyar Xəlil
Globalinfo.az