Bu gün Azərbaycan-Qazaxıstan Ekspert Şurasının IV iclası keçirilib.
Globalinfo.az xəbər verir ki, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu arasında 2022-ci ilin mayında imzalanan Anlaşma Memorandumuna əsasən, hər il keçirilən ekspert şurasının iclasları iki ölkənin mütəxəssislərini bir araya gətirir, akademik fikir mübadiləsi üçün əlverişli imkan yaradır.
Ekspertlər şurasının iclasındakı çıxışımda ətraflı olaraq parlamentlərarası əlaqələrin inkişaf perspektivləri, parlament diplomatiyasının müasir dövrdə səmərəliliyinin artırılması, beynəlxalq əlaqələrin ikitərəfli və çoxtərəfli formatda möhkəmləndirilməsi istiqamətində həyata keçirilməsi zəruri olan tədbirlər barədə məruzə etdim.
