Bakı Şəhəri Sabunçu Rayon İcra Hakimiyyətinin başçısının birinci müavini dəyişdirilib.
Globalinfo.az xəbər verir ki, Sabunçu RİH başçısının əmri ilə indiyə qədər müavin kimi çalışan 39 yaşlı Elşən Nazim oğlu Həsənli birinci müavin təyin edilib.
Buna qədər birinci müavin Güloğlan Məmməd oğlu Məmmədov idi.