Günəşdəki tac dəliyi səbəbindən geomaqnit şərait pisləşib, Yerdə zəif maqnit qasırğası qeydə alınır.
Globalinfo.az xəbər verir ki, bu barədə Tətbiqi Geofizika İnstitutu məlumat yayıb.
Yerin maqnit sahəsində pozulma dərəcəsi G1 səviyyəsinə (zəif) çatıb.
Qeyd olunur ki, bazar ertəsi Günəş küləyinin sürəti 400-dən 600 km/s-ə yüksəlib.
***21.04.2025 09:50
Sabah geomaqnit qasırğası olacaq.
Bu barədə Globalinfo.az-a Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasından xəbər verilib.
Bildirilib ki, 22-24 aprel tarixlərinə G1-G2 səviyyəli geomaqnit qasırğası proqnozlaşdırılır.