peskov

Rusiya Prezidenti Vladimir Putin “Pasxa atəşkəsi”nin uzadılması ilə bağlı heç bir göstəriş verməyib.

Globalinfo.az xəbər verir ki, bu barədə TASS-a dövlət başçısının mətbuat katibi Dmitri Peskov məlumat verib.

Atəşkəsin aprelin 21-nə keçən gecə bitəcəyi və ya uzadılması ilə bağlı suala Peskov “Başqa əmrlər yox idi” cavabını verib.

Qeyd edək ki, Rusiya Prezidenti Vladimir Putin Ukrayna-Rusiya müharibəsində ötən gün “Pasxa atəşkəsi” elan edib. Və atəşkəs bu gecə başa çatacaq.

Əliyar Xəlil 

Globalinfo.az

Paylaş: