Şərurlu İsfəndiyarın oğlu həbs edildi – Səbəb bilindi

Şərurlu İsfəndiyarın oğlu həbs edildi - Səbəb bilindi

İş adamı İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlu saxlanılıb.

Globalinfo.az-ın əldə etdiyi məlumata görə, iş adamının oğlu Şahin Axundovun barəsində şikayət olduğu bildirilir.

Belə ki, Şahin Axundov vətəndaşın şikayəti əsasında polis tərəfindən bu gün axşam saatlarında saxlanılıb.

Qeyd edək ki, məlumatı ilk olaraq “Unikal” yayıb.

Zaira Akifqızı
Globalinfo.az