Türkiyə Ağır Cinayətlər Məhkəməsi Adnan Oktarın cinayətkar qruplaşması ilə bağlı yeni qərar çıxarıb.
Globalinfo.az xəbər verir ki, dəstənin üzvlərindən Erol Şimşek cinsi təcavüz ittihamı ilə 256, Orkun Şimşek isə 346 il həbs cəzasına məhkum edilib.
İstintaq çərçivəsində axtarışa verilən və saxlanılan Orkun Sadun Erol barəsində üzvlük ittihamı ilə 4 il 6 ay, Ali Sadun Engin barəsində cinsi təcavüzə görə 30 il həbs qərarı çıxarılıb. Məlumata görə, bir nəfər bəraət alıb və sərbəst buraxılıb.
Qeyd edək ki, dəstənin rəhbəri olan Adnan Oktar digər ittiham olunan şəxslərlə birlikdə 8 min 658 illik həbs cəzasına məhkum edilib.
Əliyar Xəlil
Globalinfo.az













