Rusiya Xarici İşlər Nazirliyi Ukrayna ərazisində NATO kontingentlərinin yerləşdirilməsinin mənfi nəticələrə səbəb olacağını açıqlayıb.
Globalinfo.az xəbər verir ki, bu barədə nazirliyin Avropa məsələləri departamentinin direktoru Vladislav Maslennikov “Rossiya-24” telekanalına müsahibəsində bildirib.
“Ukrayna ərazisində NATO ölkələrinin hərbi kontingentlərinin peyda olması bizim üçün qəbuledilməzdir və bu, həmin dövlətlər üçün mənfi nəticələr doğuracaq”, – deyə o qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az