Rusiya Ordusu Xarkova ballistik raketlərlə zərbələr endirib.
Globalinfo.az xəbər verir ki, bu barədə şəhərin meri İqor Terexov teleqram hesabında paylaşım edib.
Onun sözlərinə görə, nəticədə bir nəfər ölüb, 60-dan çox insan yaralanıb.
“Hücum üçün kaset başlıqlı ballistik raketlərdən istifadə edilib və məhvetmə sahəsi çox böyük olub. Həmçinin Xarkovda 20-dən çox yaşayış binası və 30-dan çox fərdi yaşayış evi zədələnib”.
Xarkov Regional Hərbi Administrasiyasının (OVA) rəhbəri Oleq Sinequbov bildirib ki, hazırda ikisi uşaq olmaqla, 13 nəfər şəhər xəstəxanalarına yerləşdirilib:
“Dörd nəfərin vəziyyəti ağırdır. Uşaqlar isə dörd və iki yaşlarında olublar. Həkimlər zərərçəkmişlərə bütün lazımi yardımları göstərirlər”.
Əliyar Xəlil
Globalinfo.az














