ABŞ-ın Yəməndəki Ras-İsa limanına endirdiyi zərbələr nəticəsində ölənlərin sayı 74 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə husilərin Səhiyyə Nazirliyi məlumat yayıb.
Bundan əlavə, 170-dən çox insanın xəsarət aldığı bildirilir.
***09:30
ABŞ-ın Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində ölənlərin sayı 38 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Al Masirah” məlumat yayıb.
102 nəfər isə yaralandığı vurğulanıb.
***08:59
ABŞ-ın Yəmən ərazisinə endirdiyi hava zərbələri nəticəsində azı 33 nəfər həlak olub, daha 80 nəfər isə yaralanıb.
Globalinfo.az xəbər verir ki, bu barədə məlumatı husilərin nəzarətində olan “Al Masirah” telekanalı yayıb.