Bakıda kişi arvadının başını kəsib.
Globalinfo.az xəbər verir ki, hadisə axşam saatlarında, paytaxtın Yasamal rayonunda General Məmmədşərif Həmidov küçəsi, 53 ünvanında qeydə alınıb.
İlkin məlumata görə, ər arvadının başını kəsib daha sonra özünü binanın 14-cü mərtəbəsindən ataraq intihar edib.
Hadisə yerinə hüquq mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.
Hər iki şəxsin meyitinin hadisə yerindən götürüldüyü bildirilir.
Məlumata görə, qətli törədən 1987-ci il təvəllüdlü Məmmədov Bürhan İlham oğludur. O, 1992-ci il təvəllüdlü arvadı Məmmədova Xumar Ağa qızını öldürdükdən sonra öz canına qəsd edib.