Screenshot 987

Ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.

Globalinfo.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Yayılan görüntülərdən birində rayonun 20 Yanvar küçəsində güclü selin fərdi yaşayış evini necə dağıtdığı əks olunub.

Həmin görüntüləri təqdim edirik:

Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.

Paylaş: