Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərovla bağlı maraqlı xəbər yayılıb.
Globalinfo.az-a daxil olan məlumata görə C.Cəfərov hər gün universitetin yeməkxanasında nahar edir. Onun nahar zamanı tələbələrlə eyni masada əyləşdiyi deyilir. Rektorun bu davranışı sosial şəbəkələrdə də paylaşılıb. Şəbəkə istifadəçiləri Cəfər Cəfərovun bu rəftarını rəğbətlə qarşılayıblar, onun ünvanına xoş sözlər yazıblar.
Azərbaycanda vəzifəli şəxslərin təvazökar, sadə rəftarı hər zaman təəccüb yaradıb. Eyni zamanda bu rəftarın müəllifləri insanların alqışını, məhəbbətini qazanıb. Sovet təhsil sistemində rektorlar özlərini həddən artıq yekəxana aparardılar. Hər kəsə yuxarıdan aşağı baxardılar. O dövrdə yaşayanlar yəqin bunu xatırlayar. Çox nadir hallarda rektoru universitet dəhlizlərində görmək olardı. Düzdür, çox az sayda istisnalar olub. Amma əksəriyyəti özünü kiçik padşah kimi görüb.
İndi isə dövr dəyişir. Yeni təyin olunan nazirlər sosiallaşır, çalışırlar sadə həyat tərzinə üstünlük versinlər. Bu, nisbətən aşağı vəzifəli şəxslərin də davranışına təsirsiz qalmır.
Rektor tələbələr nahar edir
Gülnar Səlimova