Rusiyanın Başqırdıstan Respublikasının birinci prezidenti Murtaza Rəhimov ölüb.
Globalinfo.az Rusiya mətbuatına istinadən xəbər verir ki, Murtaza Rəhimov uzun müddət çəkən xəstəlikdən sonra 88 yaşında vəfat edib.
Xatırladaq ki, Murtaza Rəhimov 1993-cü ildə Başqırdıstan respublikasının prezidenti olub. O, 2010-cu il iyulun 15-də Başqırdıstan prezidenti vəzifəsindən istefa verib.