“ABŞ-ın keçmiş prezidenti Co Bayden Ukraynadakı münaqişəyə görə məsuliyyət daşıyır. Bir çox insanın həyatını xilas etmək üçün buna son qoyulmalıdır”.
Globalinfo.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp deyib.
O vurğulayıb ki, döyüşlərə son qoymaq səyləri məhz bu məqsədə yönəlib:
“Münaqişə Baydenin dövründə yaranıb və mən bitirməyə çalışıram”.
Qeyd edək ki, martın 14-də Tramp Baydeni Rusiya ilə münasibətləri pisləşdirməkdə də ittiham edib.
Safura Bənnayeva
Globalinfo.az














