“Bu gün İkinci Fəxri Xiyabanda Tovuz rayonunun Qaraxanlı kəndindən olan şəhid Qasımov Hacıəli Tahir oğlunun və onun timsalında bütün şəhidlərimizin əziz xatirəsini yad etdik”.
Globalinfo.az xəbər verir ki, bunu deputat Nizami Səfərov sosial şəbəkə hesabında yazıb.
“Allah Vətən torpaqlarının düşməndən azad olunması uğrunda, ərazi bütövlüyümüzün və suverenliyimizin bərpa edilməsi yolunda canını fəda etmiş şəhidlərimizə rəhmət eləsin, məkanları cənnət olsun! Vətən uğrunda sağlamlıqlarını itirən qazilərimizə acil şəfalar diləyirəm!”, – deyə millət vəkili əlavə edib.
