Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni qəbul edib.
Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Antalya Diplomatiya Forumunun ikinci günü çərçivəsində baş tutan görüşdə Türkiyə ilə Gürcüstan arasında ikitərəfli münasibətlər, həmçinin regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə və Gürcüstanın qarşıdakı dövrdə dostluq və əməkdaşlığı bütün sahələrdə daha da irəli aparacağına inandığını bildirib. O, eyni zamanda, Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin tam gücü ilə fəaliyyətə başlamasının Türkiyə üçün önəm daşıdığını vurğulayıb.
Ərdoğan, həmçinin, Türkiyənin Gürcüstanın ərazi bütövlüyü və suverenliyini dəstəkləməyə davam edəcəyini qeyd edib.
Aysel Əliyeva
Globalinfo.az