Sülh müqaviləsi bütün problemləri həll etməyəcək, lakin… – Mirzoyan

Sülh müqaviləsi bütün problemləri həll etməyəcək, lakin... - Mirzoyan

“Biz uzun danışıqlardan sonra sülh müqaviləsinin mətnini yekunlaşdırmağa nail olduq, indi isə onun imzalanma yeri və tarixi müəyyənləşdirilməli, bunun üçün müzakirələrə başlanılmalıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Antalya Diplomatik Forumu çərçivəsində keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O, Ermənistan hökuməti və xalqının davamlı sülhün bərqərar edilməsi tərəfdarı olduğunu bildirib:

“Sülh müqaviləsi bütün mümkün problemləri həll edəcəkmi? Əlbəttə, yox. Dünyada bunu edə biləcək heç bir razılaşma yoxdur. Bu sənəd münasibətlərin qurulmasının başlanğıcıdır. Əlbəttə, çoxlu problemlər var və biz onların həlli üçün danışıqlar aparmağa, əməkdaşlıq imkanlarını müzakirə etməyə davam edə bilərik”.

Əliyar Xəlil
Globalinfo.az