Zakir Həsənov Yaşar Gülərlə görüşdü – VİDEO

Zakir Həsənov Yaşar Gülərlə görüşdü - VİDEO

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Antalya şəhərində keçirilən “Antalya Diplomatik Forumu” çərçivəsində Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Güler ilə görüşüb.

Bu barədə Globalinfo.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, görüşdə hər iki qardaş ölkə arasında hərbi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub, həmçinin regional təhlükəsizlik məsələlərinə dair fikir mübadiləsi aparılıb.

***10:19

Azərbaycanın müdafiə naziri Zakir Həsənov türkiyəli həmkarı Yaşar Gülərlə görüşüb.

Globalinfo.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyi rəsmi “X” sosial media hesabında məlumat yayıb.

Görüş Antalya Diplomatik Forumu çərçivəsində baş tutub.

Zakir Həsənov Yaşar Gülərlə görüşdü - VİDEO Zakir Həsənov Yaşar Gülərlə görüşdü - VİDEO