Braziliyanın sabiq prezidenti Bolsonaro qarın nahiyəsində güclü ağrılar səbəbilə xəstəxanaya yerləşdirilib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.
Bolsonaro tərəfdarları ilə keçirdiyi tədbiri yarımçıq qoyaraq helikopterlə Natal şəhərindəki xəstəxanaya aparılıb. Onun siyasi partiyasından verilən açıqlamaya görə, səfər də bu səbəbdən təxirə salınıb.
Sabiq prezidentin həkimi Antonio Masedo “Reuters” agentliyinə bildirib ki, Bolsonaroya müayinələr aparılacaq və bağırsaqlarda tıxanıqlığın olub-olmadığı müəyyənləşdiriləcək. Əgər vəziyyət cərrahi müdaxilə tələb edərsə, o zaman sabiq prezident daha əvvəl müalicə aldığı San-Paulu şəhərinə köçürülə bilər.
Hazırda sabiq prezidentin vəziyyəti sabitdir və aldığı tibbi müdaxilədən sonra ağrısı qalmayıb – xəstəxananın yaydığı açıqlamada belə deyilir.
Xatırladaq ki, Bolsonaro 2018-ci il seçkiləri ərəfəsində bıçaqlı hücuma məruz qalmış və həmin hadisədən sonra bir neçə əməliyyat keçirmişdi.
Aysel Əliyeva
Globalinfo.az