311781

Türkiyə ilə Ermənistan arasında münasibətlərin normallaşması üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan Antalya Diplomatik Forumu çərçivəsində bir araya gəliblər. 

Globalinfo.az xəbər verir ki, bu barədə iki ölkə rəsmiləri X platformasındakı paylaşımlarda bildiriblər.

“Antalya Diplomatik Forumunda Serdar Kılıçla Ermənistan-Türkiyə münasibətlərinin normallaşması üçün yaxşı müzakirə apardıq”, – Rubinyan qeyd edib.

S.Kılıç da həmçinin “Həmkarımla bu gün çox yaxşı  və məhsuldar görüş oldu”, – deyə bildirib.

Ankara rəsmisi “RİA Novosti”nin iki ölkə arasında sərhədin açılması ilə bağlı sualını cavablandırıb:

“Sərhədin açılması ilə bağlı heç bir irəliləyiş yoxdur. Biz prosesi inkişaf etdirmək istəyirik, təmasdayıq, amma hazırda konkret tarix müəyyənləşdirilməyib”.

Qeyd edək ki, “Marqara” buraxılış məntəqəsi 32 ildən sonra, 21 mart tarixində Ermənistandan Suriyaya humanitar yardım daşımaq məqsədilə açılıb. Sərhədin 31 marta – yük maşınları eyni marşrutla geri qayıdana qədər açıq olacağı bildirilib. Lakin sərhədin yenidən bağlanması haqda xəbər yayılmamışdı.

GoP1CyUXIAE9KF8

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: