Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov Ukraynada Birləşmiş Qüvvələr Qrupunun komandanı təyin olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu müvafiq əmr imzalayıb.
Qərara əsasən, Aerokosmik Qüvvələrin Ali Baş komandanı, ordu generalı Sergey Surovikin, Quru Qoşunlarının Ali Baş komandanı, ordu generalı Oleq Salyukov və Baş Qərargah rəisinin müavini, general-polkovnik Aleksey Kim Gerasimovun müavinləri təyin olunub.
Müdafiə Nazirliyi xüsusi hərbi əməliyyata rəhbərlik səviyyəsinin yüksəldilməsinin qoşun qruplaşmalarının bütün növ dəstəyinin keyfiyyətinin yüksəldilməsi, komandanlıq və nəzarətinin effektivliyi ilə bağlı olduğunu izah edib.