Rusiya Prezidenti Vladimir Putin ABŞ liderinin xüsusi elçisi Stiven Uitkoffla görüşəcək.
Globalinfo.az xəbər verir ki, bunu Kremli mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, Putin və Uitkoff Ukrayna nizamlanması məsələsini müzakirə edəcək:
“Bu, Rusiyanın mövqeyini Donald Trampa çatdırmaq üçün yaxşı fürsətdir. Görüş prezidentə nə qədər lazımdırsa, o qədər davam edəcək”.
***12:33
Kreml ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoffun Rusiya səfərinə reaksiya verib.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov danışıb.
“Bəli, o, həqiqətən gəlib. Lakin onun Rusiya Prezidenti Vladimir Putinlə görüşüb-görüşməyəcəyi bəlli deyil”, – deyə o bildirib.
***10:37
ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff Rusiyaya gedib.
Globalinfo.az xəbər verir ki, bu barədə “Axios” məlumat yayıb.
Bildirilib ki, o, Rusiya Prezidenti Vladimir Putinlə görüşə bilər.
Qeyd edək ki, bundan əvvəl Uitkoff Rusiya prezidentinin nümayəndəsi Kirill Dmitriyevlə görüşüb.
Siyasətçilər Vaşinqtonda danışıqlar aparıblar.
Əliyar Xəlil
Globalinfo.az