Azərbaycan hərbçiləri Moskvaya gedəcək: paradda iştirak edəcəklər

Azərbaycan hərbçiləri Moskvaya gedəcək: paradda iştirak edəcəklər

“Azərbaycanın hərbi qulluqçuları Böyük Vətən Müharibəsində Qələbənin 80 illiyi şərəfinə Moskvada keçiriləcək paradda iştirak edəcəklər”.

Globalinfo.az xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayev deyib.

Onun sözlərinə görə, azərbaycanlı hərbçilər 80 nəfərlik heyətlə iştirak edəcəklər:

“Onlar yaxın zamanda repetisiya üçün Moskvaya gələcəklər. Bu bizim ümumi tariximizdir, ümumi Qələbəmizdir”.