ABŞ Prezidenti Donald Tramp Mərkəzi Asiyaya səfəri zamanı Türkiyəyə də gələ bilər.
Globalinfo.az xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.
Kanalın ərəb dilində olan saytında Ağ Evdəki mənbələrə istinad verilərək Trampın gələn ay Türkiyəyə səfər edə biləcəyi qeyd edilib.
“Tramp gələn ay Səudiyyə Ərəbistanı, Qətər və Birləşmiş Ərəb Əmirliklərinə səfərlərin ardından planlaşdırdığı Mərkəzi Asiya səfərinə Türkiyəni də daxil etmək istəyir”, – məlumatda deyilir.
Bundan başqa, İsrailin həmin səfər planına daxil edilmədiyi də açıqlanıb.
Aysel Əliyeva
Globalinfo.az