Heydər Əliyev prospektində baş verən qəza ilə bağlı araşdırma aparılır.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən Globalinfo.az-a verilən xəbərə görə, Nəcəfov Anar Şahmar oğlu idarə etdiyi “BYD” markalı 77-UY-524 dövlət qeydiyyat nişanlı avtomobillə Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan zaman idarəetməni itirərək körpüdən aşıb və hərəkətdə olan 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Hadisə nəticəsində iki avtomobilə maddi ziyan dəyib və “BYD” markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı Nizami rayon Polis Şöbəsində araşdırma aparılır.
***15:49
Nizami rayonu, Heydər Əliyev prospekti ərazisindən yol-nəqliyyat hadisəsi baş verməsi səbəbilə Sabunçu Tibb Mərkəzinə aprelin 10-da saat 15:10 radələrində 2 nəfər (1 kişi, 1 qadın) hospitalizasiya olunub.
Globalinfo.az xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Qeyd edilib ki, döş qəfəsinin əziyi diaqnozu təyin edilən 1976-cı il təvəllüdlü qadına zəruri tibbi xidmətlər göstərilib. Vəziyyəti qənaətbəxş olan şəxs ambulator müalicə üçün evə buraxılıb.
1974-cü il təvəllüdlü kişiyə sol dizin kəsilmiş yarası diaqnozu təyin edilib. Hazırda müalicəsi davam etdirilir, vəziyyəti stabildir.
X X X
Bakıda Ələsgər Qayıbov küçəsi ilə hərəkətdə olan Anar Nəcəfovun idarə etdiyi 77-UY-524 dövlət qeydiyyat nişanlı BYD markalı avtomobil idarəetməni itirərək 99-JN-288 dövlət qeydiyyat nişanlı “Ford” markalı avtomobilə çırpılıb.
Bu barədə Globalinfo.az-a Bakı Şəhər Yol Polisi İdarəsindən məlumat verilib.
Hadisə nəticəsində BYD markalı avtomobilin sürücüsü Anar Nəcəfov xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
X X X
NİİM-dən bildirilib ki, polisin gördüyü çevik tədbirlər nəticəsində digər sürücülərin təhlükəsizliyi təmin edilib, qəzada iştirak edən nəqliyyat vasitələrinin yoldan kənarlaşdırılması işləri görülərək, yaranan nəqliyyat sıxlığı aradan qaldırılıb.


***15:06
Bu gün paytaxtın mərkəzində ağır yol qəzası baş verib.
Globalinfo.az bildirir ki, “Qafqazinfo”nun hadisə yerində olan əməkdaşının verdiyi məlumat görə, Heydər Əliyev prospektinin “Bağırov” körpüsündən keçən hissəsində “BYD” markalı avtomobil kənar yoldan çıxaraq maneəni dağıdıb və tunel istiqamətinə aşıb.
Nəticədə avtomobil “Ford” markalı maşının üstünə düşərək onu aşırıb, həmçinin öz yolu ilə hərəkətdə olan bir neçə avtomobilə də ziyan dəyib.
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən bildirilib ki, Heydər Əliyev prospekti ilə Ələsgər Qayıbov küçəsinin kəsişməsində baş verən qəza nəticəsində həm mərkəz, həm də metronun “Koroğlu” stansiyası istiqamətində nəqliyyat sıxlığı yaranıb.
Hazırda polis əməkdaşları hadisə yerindədir və sıxlığın qısa zamanda aradan qaldırılması üçün tədbirlər görülür.


