Avropa Birliyinin Ermənistandakı monitorinq missiyası gecə mühafizəsini yaxşılaşdırmaq və potensial gərginliyi azaltmaq məqsədi ilə mart ayından etibarən Ermənistan-Azərbaycan sərhədində gecə patrullarının sayını artırıb.
Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə AB-nin monitorinq missiyasının mikrobloqunda paylaşım edilib.
Qeyd edək ki, Ermənistan ordusunun hərbi birləşmələri 16 mart tarixindən başlayaraq, atəşkəsi davamlı olaraq pozur.