Ermənistan parlamentinin spikeri Alen Simonyan Ağdam doğulması iddialarına cavab verib.
Globalinfo.az xəbər verir ki, Simonyan onun ağdamlı olduğunu iddia edən kişinin videosunu da teleram kanalında paylaşaraq açıqlama yayıb.
“Qarabağdan olan bu kişi mənim Ağdamda, polis bölməsinin arxasında yerləşən üçüncü evdə” anadan olduğumu iddia edir.
Onun kimi insanlar elə hesab edirlər ki, bu cür məlumatlar yaymaqla insanlarda mənə qarşı nifrət hissi yarada və ya hansısa mənfi fikir formalaşdıracaqlar. Təssüf ki, onun kimilər az deyil. Mənim atam neçə nəsil irəvanlı, anamın kökləri isə Loridəndir. Buna baxmayaraq, mən hər hansı bir yerdə anadan olmaq qəbahət görmürəm.
Bu insanın kim olduğuna gəlincə isə, düşünürəm ki, onu bu sözləri deməyə kimin məcbur etdiyi gün kimi aydındır. Aydın olmayan tək şey onun bu video üçün pulu min, yoxsa beşmin dramlıq əsginaslarla almasıdır.
Belə adamlar dünən də olublar, indi də var, sabah da olacaqlar. Ermənistan Respublikasını daxildən dağıtmağa və partlatmağa cəhd edəcəklər. Erməni xalqına bir gözlə baxmayın. Qarabağda etdikləriniz Ermənistanda işləməyəcək”, – deyə Simonyan paylaşımda bildirib.
Qeyd edək ki, Simonyanın haqqında bəhs etdiyi şəxs onun əslən Azərbaycanın Ağdam rayonundan olduğunu iddia edib.
“Simonyan türkdür, türk qanı var, Ağdamda polis şöbəsinin yaxınlığındakı evdə doğulub”, – deyə həmin şəxs bildirib.
Aysel Əliyeva
Globalinfo.az