mina

Ermənistan ordusunun əsgəri sərhəddə mina partayışı nəticəsində yaralanıb. 

Globalinfo.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

Hazırda hərbçinin həyatı üçün təhlükə olmadığı, xəstəxanada tibbi heyətin nəzarəti altında saxlanıldığı açıqlanıb.

Məlumata görə, partlayış Geqarkunik vilayətində Azərbaycanla sərhəddə baş verib. Həmin ərazidə minalar Ermənistan ordusu tərəfindən yerləşdirilib.

Qeyd edək ki, bundan qısa müddət öncə Ermənistan Xarici İşlər Nazirliyi minalanmış ərazilərlə bağlı daha dəqiq xəritələrin olmadığını açıqlamışdı.

Ayşən Mustafa
Globalinfo.az 

Paylaş: