“Ölkənin hərbi prokuroru kimi səlahiyyət müddətim başa çatmışdı. Ona görə də mənim təqaüdə yola salınmağım gözlənilməz olmadı”.
Globalinfo.az xəbər verir ki, bunu Gununsesi.info-ya açıqlamasında dünən təqaüdə göndərilən hərbi prokuror Xanlar Vəliyev bildirib.
Bəzi media orqanlarında Konstitusiya Məhkəməsinə hakim göndəriləcəyinə dair yazılanlara gəlincə, Xanlar Vəliyev “Mən əsgərəm. Ölkə başçısı nə məsləhət görəcəksə, hazıram”, – deyib.