Kişinyovda Qaqauziya lideri Yevgeniya Qutsulun cinayət işinə baxılan məhkəmə binasına naməlum zəng daxil olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Moldova parlamentinin deputatı Vadim Fotesku binanın qarşısına toplaşan etirazçılara açıqlamasında bildirib.
Deputat bir nəfərin zəng edərək məhkəmə binasını bomba yerləşdirməklə hədələdiyini deyib:
“Bizə zəng edib dedilər ki, məhkəmə binasına bomba qoyublar. Bu səbəbdən binanın boşaldılması və yoxlanış keçirilməsi nəzərdə tutulub. Hələ hakim Qaqauziya rəhbəri ilə bağlı heç bir qərar verməyib, çətinlik çəkir. Görünür, ona yekun qərar haqqında məlumat verilməyib”.
***
Moldovada həbs olunan Qaqauz muxtariyyətinin rəhbəri Yevgeniya Qutsul Kişinyovda məhkəməyə çıxarılıb.
Globalinfo.az xəbər verir ki, “RT” telekanalı həmin anı görüntülərini paylaşıb.
Məhkəməyə gələrkən Qutsulu çox sayda polis əməkdaşı müşayiət edib.
Qeyd edək ki, Yevgeniya Qutsul 2023-cü ildə prezidentlik üçün seçki kampaniyasının qeyri-qanuni maliyyələşməsində ittiham olunur.
Əliyar Xəlil
Globalinfo.az