“Rusiya Qazaxıstan neftinin “Drujba” neft kəməri vasitəsilə Almaniyaya tranzitini dəstəkləyib”.
Globalinfo.az xəbər verir ki, bunu Qazaxıstanın energetika naziri Bolat Akçulakov deyib.
“Biz Rusiyadakı həmkarlarımızdan rəsmi təsdiq gözləyirdik. Ona görə ki, bizim aramızda şifahi razılaşma var idi. Moskva ilə Astana arasında heç vaxt tranzitlə bağlı böyük problem olmayıb”, – o bildirib.
Qeyd edək ki, keçən il ərzində Moskva Qazaxıstanın öz ərazisindən neft tranzitini müxtəlif bəhanələrlə bir neçə dəfə dayandırıb. Bu isə Qazaxıstanın etirazı və əvəzində yeni marşrutlar axtarması ilə nəticələnib. Rusiya belə süni bəhanələri xüsusilə Astananın Ukrayna savaşı ilə bağlı mövqeyinə görə edib.
Zaira Akifqızı
Globalinfo.az














