Türkiyənin xarici işlər naziri Hakan Fidan Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının (CHP) lideri Özgür Özelə Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanın administrasiyası ilə bağlı açıqlamasından sonra ona sərt cavab verib.
Globalinfo.az xəbər verir ki, onun sözlərinə görə,xalqın dəstəyi ilə Türkiyə hökuməti uzun illər ölkəyə xidmət edib və hər cür qəyyumluğa qarşı mübarizə aparıb.
“Artıq həddini bil! Biz millətimizdən başqa heç kimdən əmr almamışıq, xalqımızdan başqa heç kimdən icazə istəməmişik. Xalqın iradəsinə zidd çevrilişlərin kölgəsində illərdir siyasət yürüdən ənənəni təmsil edən Özgür Özəldir”, – deyə Fidan bildirib.