i 1 2

Almaniya artıq bir ildir ki, Ukrayna üçün “Starlink”ə alternativ layihəni gizli şəkildə maliyyələşdirir.

Globalinfo.az “Reuters”ə istinadla xəbər verir ki, bu barədə layihənin icrasını həyata keçirən şirkətin rəhbəri Eva Berneke məlumat yayıb.

Onun sözlərinə görə, layihə ictimaiyyətə açıqlanmadan həyata keçirilib. Maliyyələşmənin dəqiq həcmi isə açıqlanmayıb.

Bernekenin bildirdiyinə görə, hazırda Ukraynada “Eutelsat” şəbəkəsinə qoşulmuş təxminən min terminal fəaliyyət göstərir. Yaxın həftələrdə bu sayın 5-10 minə qədər artacağı gözlənilir.

Müqayisə üçün qeyd olunur ki, hazırda ölkədə fəaliyyət göstərən “Starlink” terminallarının sayı təxminən 50 minə bərabərdir.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: