dag kecileri

Naxçıvan MR-də polis əməkdaşları qanunsuz ovla məşğul olan 1965-ci il təvəllüdlü Məmmədov Qasım Müslüm oğlunu saxlayıblar.

Globalinfo.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, ona məxsus fermadan nadir heyvan növlərindən sayılan 3 baş dağ keçisi aşkarlanaraq təbiətə geri qaytarılması təmin olunub.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Paylaş: