“ABŞ Prezidenti Donald Trampın ölkəni bombalamaqla hədələməsinə baxmayaraq, Rusiya İranı tərk etmək niyyətində deyil”.
Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov deyib.
“ABŞ-la münasibətlərimizi bərpa etmək üzərində işləyirik. Lakin İran da tərəfdaşımızdır, müttəfiqimizdir. Tehranla çoxşaxəli münasibətlərimiz var”, – deyə o bildirib.
Peskovun sözlərinə görə, Kreml hesab edir ki, İranda nüvə silahı problemi diplomatik yollarla müzakirə edilməli və tərəflər bu məsələdə təmkinli olmalıdır.
Əliyar Xəlil
Globalinfo.az