Tramp Bakı ilə bağlı bunu səbirsizliklə gözləyir – Ceykobs

Tramp Bakı ilə bağlı bunu səbirsizliklə gözləyir - Ceykobs

Ermənistanla sülh sazişinin yekunlaşdırılması münasibətilə sizi təbrik edirəm. Prezident Tramp həmin sazişin imzalanma və ratifikasiya prosesini səbirsizliklə gözləyir.

Globalinfo.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin Enerji Resursları İdarəsinin baş müşaviri Erik Ceykobs Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində 11-ci və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində 3-cü nazirlər görüşündə bildirib.

“Bu, regionda davamlı sabitlik və sülhün təmin olunması ilə iqtisadi inkişafı stimullaşdıracaq. Davamlı sülh, regional münaqişə dövrünə son qoyacaq və Cənubi Qafqaza təhlükəsizlik və rifah gətirəcəkdir. Biz, bu yolda atdığınız addımlara görə sizi təqdir edirik”, – Erik Ceykobs qeyd edib.