63bdadb25952563bdadb259526167337515463bdadb25952363bdadb259524

Almaniyanın Xarici işlər naziri Annalena Berbok Ukraynaya səfər edib.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Ukrayna XİN başçısı Dmitri Kuleba tviterdə bildirib.

Almaniyanın xarici işlər naziri Annalena Berbok Ukraynanın cəbhə xəttinə yaxın olan Xarkov şəhərinə səfər edərək, müharibədən zərər çəkmiş ərazini öz gözləri ilə görən ilk alman rəsmisidir.

Onu bu səfərində Ukraynanın xarici işlər naziri Dmitri Kuleba və Ukraynanın Almaniyadakı səfiri Oleksi Makeyev müşayiət edib.

Berbok, müharibə dövründə ölkəyə üçüncü səfərini həmrəyliyin nümayişi kimi təqdim edib. O, Ukraynaya daha çox humanitar yardım, o cümlədən generator, yanacaq, yataq ləvazimatı və “daha çox silah tədarükü” vəd edib.

Paylaş: