Myanmada güclü zəlzələ zamanı ölənlərin sayı 3145 nəfərə yüksəlib.
Globalinfo.az xəbər verir ki, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
4500-dən çox yaralı var, 221 nəfər isə itkin düşüb.
***
09:18
Myanmada baş verən güclü zəlzələ nəticəsində ölənlərin sayı 3085 nəfərə çatıb.
Globalinfo.az xəbər verir ki, bu barədə “Xinhua“ agentliyi məlumat yayıb.
Bildirilib ki, yaralananların sayı 4714 nəfərdir.
“341 nəfər isə itkin düşmüş hesab olunur”, – deyə agentlik əlavə edib.
Qeyd edək ki, martın 28-də Myanmada zəlzələ baş verib.
Əliyar Xəlil
Globalinfo.az