78fd6ae8 2fc8 31f7 9279 9b6824cf2a45 850

Göyçayda vətəndaşa məxsus yardımçı tikili yanıb.

Globalinfo.az “Report”a istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini 1948-ci il təvəllüdlü Manafov Tofiq Ağaibrahim oğluna məxsus ümumi sahəsi 200 kv. metr olan tikili və içərisində olan xeyli sayda plastik yeşiklər yanaraq külə dönüb.

Hadisə yerinə FHN-nin Göyçay rayon Dövlət Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülüb və genişlənməsinin qarşısı alınıb.

Hazırda fakt araşdırılır.

Paylaş: