Moskva Ukraynada sülhlə bağlı təşəbbüslərə və Rusiyanın maraqlarına uyğun əməkdaşlıq təkliflərinə açıqdır.
Globalinfo.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin məlumatında deyilir.
“Rusiya tərəfindən hərtərəfli, ədalətli və dayanıqlı sülh üçün NATO-nun şərqə doğru irəliləməklə Rusiyanın təhlükəsizliyinə yaranan təhdid və Ukraynada rusdilli əhalinin haqlarının tapdanması da daxil olmaqla, ilkin səbəblərin aradan qaldırılmasının vacibliyi qeyd edilib. Eləcə də Moskvanın real sülh təşəbbüsləri və Rusiyanın maraqlarını nəzərə alan əməkdaşlıq təkliflərinə açıq olduğu bildirilib”, — məlumatda qeyd olunur.