turniket

ADY sərnişinlərə daha sərfəli və əlçatan xidmətlərin təqdim edilməsi məqsədilə bir sıra stansiyalarda bu yeniliklər həyata keçirib.

Globalinfo.az bildirir ki, Abşeron dairəvi marşrutu üzərində yerləşən Biləcəri stansiyasında yeni kassa və yeni turniket zalı tikilib.

Nəticədə əlavə olaraq 7 turniket sərnişinlərin istifadəsinə verilib.

whatsapp image 2025 04 01 at 122649
whatsapp image 2025 04 01 at 122649

Xırdalan stansiyasında mövcud turniket zalı genişləndirilib və turniket sayı 4-dən 9-a çatdırılıb.

whatsapp image 2025 04 01 at 122653

Məmmədli stansiyasında isə turniket sayı 4-dən 10-dək artırılıb.

whatsapp image 2025 04 01 at 122653 0

 

whatsapp image 2025 04 01 at 122653 0

Bundan başqa, Bakı Dəmiryol Vağzalında mövcud turniketlər yenilənib və ümumilikdə 34 turniket istifadəyə verilib.

whatsapp image 2025 04 01 at 122655 0
whatsapp image 2025 04 01 at 122655 0

Bütün bu yeniliklər dəmiryol stansiyalarına giriş-çıxış imkanlarının genişləndirilməsini, turniketlərdə xüsusilə pik saatlarında növbələrin azaldılmasını təmin edəcək.

ADY sərnişinlərin rahatlığının təmin edilməsi məqsədilə müvafiq tədbirləri həyata keçirməyə davam edəcək.

Paylaş: