Göyçayda kişinin ögey qızına qarşı zorakılıq etməsi barədə məlumat yayılıb.
Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, rayon ərazisində 16 yaşlı qız ögey atasının zorakılığına məruz qalıb.
Yetkinlik yaşına çatmayan qız bununla bağlı polisə müraciət edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, müraciət əsasında qeyd olan məsələ ilə bağlı Göyçay Rayon Polis Şöbəsində araşdırma aparılır.
Nəticəsi barədə əlavə məlumat veriləcək.