photo 2025 03 30 23 57 14

Silahlı şəxs zərərsizləşdirilib. 

Globalinfo.az xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.

Onun yaralı olduğu bildirilir.

***

Silahlı hücum zamanı bir neçə nəfərin xəsarət aldığı deyilir. Onların pəncərələrdən düşən şüşə qırıntıları ilə yaralandığı ehtimal olunur. 

Globalinfo.az xəbər verir ki, bu barədə məlumat sosial mediada paylaşılıb.

Məlumata görə, silahlı şəxs girişi blokladığı üçün polis əməkdaşları binaya daxil ola bilmirlər.

Sakinlərə mənzillərinin işıqlarını söndürmək, pəncərələrə yaxınlaşmamaq tapşırılıb.

***

00:07

Rusiyanın Murmansk şəhərində naməlum şəxs binanın damından insanlara atəş açır.

Globalinfo.az xəbər verir ki, bu barədə Murmansk vilayətinin qubernatoru Andrey Çibis şəxsi teleqram hesabında məlumat paylaşıb

Sakinlərin sözlərinə görə, yarım saat ərzində 15 atəş səsi eşidilib.

Polisləri və yaşayış binasındakı mənzillərin pəncərələrini hədəf alan silahlı şəxsin saxlanılması istiqamətində işlər görülür. Əraziyə polis əməkdaşları cəlb edilib.

Aysel Əliyeva
Globalinfo.az

Paylaş: