HƏMAS İsraili Rəfah şəhərində 14 nəfər tibb işçisi və xilasedicini öldürməkdə ittiham edib.
Globalinfo.az xəbər verir ki, bu barədə HƏMASın teleqram kanalında açıqlama yayılıb.
“HƏMAS İsrail ordusunun Rəfah şəhərinin Tell-əs-Sultan rayonunda törətdiyi cinayəti qəti şəkildə pisləyir. Orada bir neçə gün əvvəl əlaqə kəsilən 6 nəfər müdafiə xidməti işçisi və 8 nəfər Qızıl Aypara tibb işçisinin cəsədləri tapılıb”, – açıqlamada deyilir.
Məlumatda cəsədlərin əlləri bağlanmış vəziyyətdə olduğu və bütün ölənlərin kütləvi məzarlıqda dəfn edildiyi qeyd edilib.
Aysel Əliyeva
Globalinfo.az