Israel Prime Minister Benjamin Netanyahu addresses US Congress Washington DC July 24 2024

İsrail Qəzzada müharibəyə son qoyacaq razılaşmanın növbəti mərhələsini müzakirə etməyə razıdır, lakin bunun üçün HƏMAS silahı yerə qoyub anklavı tərk etməlidir.

Globalinfo.az xəbər verir ki, bunu İsrailin Baş naziri Benyamin Netanyahu deyib.

“İddialara görə, biz son mərhələni müzakirə etməyə hazır deyilik. Bu, doğru deyil. Biz hazırıq. HƏMAS silahlarını yerə qoyacaq, liderlərinə zolağı tərk etməyə icazə veriləcək, biz Qəzzada ümumi təhlükəsizliyi təmin edib Trampın planını – könüllü mühacirət proqramını həyata keçirəcəyik. Bu bizim planımızdır. Biz bunu gizlətmirik və hökumətin hər hansı görüşündə bunu müzakirə etməyə hazırıq”, – deyə Netanyahu bildirib.

Safura Bənnayeva
Globalinfo.az

Paylaş: