“Qarabağın blokadası fikri yersizdir, çünki bura yekun olaraq Azərbaycana verilib”.
Globalinfo.az xəbər verir ki, bunu Ermənistan Konstitusiya Məhkəməsi aparatının keçmiş rəhbəri Edqar Kazaryan deyib.
“Hazırda baş verənlər artıq blokada deyil. Qarabağ düşmənə verilib və Ermənistanla əlaqəsi kəsilib. Faktları yan-yana qoysanız görərsiniz ki, Qarabağı məhz Ermənistan hakimiyyəti verib”, – o bildirib.
Kazaryan Ermənistan rəhbərliyinin davamlı olaraq Bakının tapşırıqlarını icra etdiyini söyləyib.
Zaira Akfiqızı
Globalinfo.az